Lotu Qulini təhqir etdi və öldürüldü

Lotu Qulini təhqir etdi və öldürüldü
Rusiyada Avropa "obşyakı”nın nəzarətçisi Şexy Həmzət kimi tanınan, Həmzət Qastamirovun cinayətkar klanının çeçen üzvü öldürülüb.

Sfera.az bildirir ki , bu barədə cinayətkar dairələrə yaxın olan mənbələr məlumat verib.
 
Timur adlı kişi idarə etdiyi "Mercedes” markalı avtomobilin sükanı arxasında, naməlum şəxslər tərəfindən güllələnib. Cinayətkarlar avtomobilə avtomat silahlardan çoxsaylı atəş açıb. Hələlik hadisənin Rusiyanın hansı ərazisində törədildiyi məlum deyil.

Bundan bir müddət əvvəl Timur internetdə  hazırda Türkiyədə yaşayan və iddiaya görə, çeçen Əziz Batukayevin ticarət obyektlərini ələ keçirməyə çalışan Nadir Səlifova (Lotu Quli) ünvanlanmış video-müraciət yaymışdı.
 
Timur həmin videoda açıq şəkildə Qulinin cəzalandırılacağını deyib. Ehtimal edilir ki, məhz bu təhdid dolu ismarıc qanlı qətlin törədilməsinə yol açıb və nəticədə Timur qətlə yetirilib. Bu, hələlik versiyadır.

Fevralın 19-da Həmzət Qastamirovun yaxınları bu informasiyanın həqiqəti əks etdirmədiyini bəyan edib. Onların sözlərinə görə, Timur sağdır, internetdə yayılan videoda danışan şəxs o deyil.

Qeyd edək ki, Qastamirov hal-hazırda Almaniyada yaşayır. O, 2016-cı ilin avqust ayında öldürülmüş qanuni oğru Rövşən Canıyevin (Rövşən Lənkəranski) qardaşlığı sayılır. Qastamirov Lənkəranskinin qisasını alacağına and içib.(Oxu.Az)


OXŞAR XƏBƏRLƏR

Dolaba qoyduğu qeyd sayəsində öz qətlinin sirrini açan gənc qadın - FOTO

Təxminən 15 il əvvəl ABŞ-da yaşayan Qriselda Kassamajor adlı qadın işlədiyi masaj salonunda ölü tapılmış və onun qətlinin sirri uzun müddət açılmamış qalmışdır....

Azərbaycan Dili və Əlifbası Günüdür

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.   Sfera.az xatırladır ki, bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin...

Gəlin daim başqalarının paketini icazəsiz açan qayınanadan intiqam aldı

Britaniyalı qadın mütəmadi olaraq paketləri açan qayınanasının hərəkətlərindən bezib.    O, qayınanasının həyasızlığı ilə üzləşdiyini deyib. Qad...

Rəsmi Bakıdan Rusiyaya XƏBƏRDARLIQ

Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Xankəndidə İvan Azvazovskinin büstünün sökülməsi məsələsini şərh edərkən, Rusiya Prezidentinin xüsusi nümayəndə...

Nasistlərin heç vaxt tapmadığı sirli xəstəxana - FOTO

Franja Partizan Xəstəxanası Sloveniyanın qərbindəki Pasica vadisində gizlənmiş İkinci Dünya Müharibəsi dövründə gizli bir xəstəxana idi.   Sfera.az b...

Şimali Koreyada bu əşyaların satışı qadağan edilib

Şimali Koreyada həyat dünyanın qalan hissəsindən əhəmiyyətli dərəcədə fərqlənən qaydalar və məhdudiyyətlərlə idarə olunur. Ölkədə bir çox məişət əşyalarının sat...