İraqda İŞİD-lə əməkdaşlıq edən azərbaycanlı qadınlara ömürlük həbs cəzası verildi
Hadisə
13:58 / 19.02.2018
879
İraqda 10-a yaxın Türkiyə və Azərbaycan vətəndaşı məhkəmə qarşısına çıxarılıb və ömürlük azadlıqdan məhrum edilib.
Sfera.az bildirir ki, bu barədə "Al Sumaira” telekanalı məlumat yayıb.
Kanala müsahibə verən Ali Məhkəmə Şurasının nümayəndəsi Abdel Sattar Birkdarın sözlərinə görə, həbs olunanlar İŞİD terror qruplaşması ilə əməkdaşlıqda ittiham olunurlar.
Türkiyədən olan bir qadına isə edam cəzası verilib.(APA)