Gəncədə ər-arvad dəm qazından boğularaq öldü
Hadisə
12:23 / 19.02.2018
934
Gəncədə ər-arvad dəm qazından boğularaq ölüb.
Sfera.az bildirir ki, hadisə Gəncənin Nəriman Nərimanov prospektində qeydə alınıb.
Həmin ünvanda yaşayan, 1962-ci il təvəllüdlü Abbasov Adil Yusif oğlu və onun həyat yoldaşı, 1967-ci il təvəllüdlü Abbasova Yeganə Nazim qızı evdə dəm qazından boğularaq ölüblər. Onların meyiti səhər saatlarında aşkar edilib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.(APA)