Bakı metrosunda sərnişinin vəziyyəti pisləşdi

Bakı metrosunda sərnişinin vəziyyəti pisləşdi

Bu gün saat 08:10 radələrində Bakı Metropoliteninin "Gənclik" metro stansiyasında 40 yaşlı qadının vəziyyəti pisləşib.

Bunu "Report"a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev təsdiq edib.

Onun sözlərinə görə, qadının halı qəfil pisləşib və Metropolitenin növbətçi əməkdaşı təcili-tibbi yardım çağırıb: "Həkimlərin müdaxiləsindən sonra qadının vəziyyəti sabitləşib".

Sfera.az


OXŞAR XƏBƏRLƏR