Azərbaycanda nəqliyyat qiymətləri ucuzlaşıb

İqtisadiyyat
13:02 / 18.02.2018
868
2018-ci ilin yanvar ayında nəqliyyat xidmətlərinin qiymətləri 2017-ci ilin dekabr ayına nisbətən 0,3 faiz, o cümlədən sərnişindaşıma xidmətlərinin qiymətləri 3,0 faiz ucuzlaşıb, yükdaşıma xidmətlərinin qiymətləri isə 0,1 faiz bahalaşıb.
Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ay ərzində poçt və kuryer xidmətlərinin və rabitə xidmətlərinin qiymətlərində əvvəlki ayla müqayisədə dəyişiklik müşahidə olunmayıb.