Abşeronda avtobus qapısı açıq vəziyyətdə sərnişin daşıyır - VİDEO

Abşeronda avtobus qapısı açıq vəziyyətdə sərnişin daşıyır  - VİDEO
 Avtobus qapısı açıq şəkildə hərəkət edir. Üstəlik içərisində sərnişin ola-ola. Söhbət 525 saylı avtobuslardan gedir. Avtobusdan istifadə edən sərnişinlər bunu marşurutların sayının az olması ilə əlaqələndirirlər. Problem aradan qalxacaqmı?
Sfera.az "Xəzər TV"yə istinadən xəbər verir ki, görüntülər Abşeron rayonu Masazır qəsəbəsindən metronun əcəmi stansiyasının yaxınlığına sərnişin daşıyan 525 nömrəli avtobusda qeydə alınıb.

Sözügedən xəttə işləyən sürücülər özləri də bəzi hallarda avtobusları qapısı açıq şəkildə idarə etdiklərini etiraf etdilər. Onların sözlərinə görə, bunun da əsas səbəbi sərnişinlər və yolda yaranan tıxacdır. Çünki tıxac vaxtı avtobusların intervalı pozulur və sərnişinlərin ünvana çatdırılmasında gecikmələr yaranır.

Sərnişinlər isə avtobusların sayının artırılmasını istəyirlər.

525 saylı xəttin dəsdə rəisi Tural Abbasov bildirdi ki, avtobusların intervalı 5 dəqiqədir. Hazırda bəzi avtobuslar təmirdədir və yaxın vaxtlarda marşurutların sayı artırılacaq.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sumqayıt Regional şöbəsinin rəisi Əhməd Rüstəmov bildirdi ki, həmin xətlə bağlı idarəyə müraciətlər olub. 3 gün bundan əvvəl daşıyıcı şirkətə avtobusların sayının artırılması və intervalın azaldılması göstərişi verilib. Ən qısa zamanda problem həllini tapacaq.

OXŞAR XƏBƏRLƏR

Türkiyədə kibertəhlükəsizlik üzrə idarə YARADILACAQ

Türkiyədə kibertəhlükəsizlik üzrə idarə yaradılacaq.   Sfera.az xəbər verir ki, bu barədə “A Haber” məlumat yayıb.   Bildirili...

Dünya bazarlarında neft cüzi UCUZLAŞDI

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin noyabr müqaviləsinin dəy...

Yeni Kaledoniyanın Azadlıq Cəbhəsi Fransaya etiraz bəyanatı yaydı

Fransa hökumətinin vəhşiliklərinə etiraz əlaməti olaraq Yeni Kaledoniyanın Azadlıq Cəbhəsi (FLNKS) Bəyanat yayıb.   Sfera.az xəbər verir ki, bəyanata...

"Ukrayna NATO-ya üzv olmadan davamlı təhlükəsizlik ola bilməz" - Stoltenberq

Ukraynada sülhün əldə edilməsi paradoksal olaraq Kiyevə verilən silahların miqdarından asılıdır.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu...

KİV: "İsrail Dəməşq ətrafını bombalayıb, Sepahın yüksək rütbəli hərbçisi ölüb"

Suriyanın paytaxtı Dəməşqə İsrailin aviazərbələr endirməsi nəticəsində İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) yüksək rütbəli hərbçisi ölüb.   ...

Bu günlərdə ehtiyatlı olun - Əhaliyə XƏBƏRDARLIQ

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.    Rəsədxanadan Sfera.az-a bildi...