“Qarabağ” Avropada gerilədi

“Qarabağ” Avropada gerilədi
 Avrokubokların 2018-ci il üçün ilk həftəsindən sonra klubların UEFA reytinqi açıqlanıb. 

Keçirilən 20 qarşılaşma son 5 mövsümün nəticələrinə əsasən tərtib edilən cədvəldə müəyyən dəyişikliklərə səbəb olub.

Avropanın 442 komandasının yer aldığı siyahıdakı ən yaxşı Azərbaycan klubunun da mövqeyi dəyişib. Belə ki, "Qarabağ” 1 pillə geriləyib.

İlk "yüzlük”dəki yeganə təmsilçimizi "Marsel” keçib. Fransa klubu Avropa Liqasının 1/16 finalında "Braqa”nı 3:0 hesabı ilə yenib və 67-ci pilləyə yüksəlib. Nəticədə "Qarabağ” və onunla eyni xala malik BATE və "Yanq Boyz” 69-cu yerə düşüb. Bu üç komandaya daha bir şərik çıxıb. Moskva "Lokomotiv”i "Nitsa”nı 3:2 məğlub etməsi sayəsində Qurban Qurbanovun yetirmələrinə çatıb.

Digər komandalarımızın mövqeləri dəyişməz qalıb. "Qəbələ” aktivindəki 5,250 xalla "Voyvodina” ilə 191-ci pilləni bölüşür. Azərbaycanın digər 5 klubunun öz əmsalı aşağı olduğundan ölkə reytinqindən aldıqları payla kifayətlənib. Nəticədə "Neftçi, "Xəzər Lənkəran”, "Keşlə”, "Zirə” və "Kəpəz” 3,825 xalla 244-cü yeri bölüşən 13 komanda arasında yer alıb.

Qeyd edək ki, siyahıya 150,000 xala malik "Real” başçılıq edir.

İlk "onluq”

1. "Real” – 150,000

2. "Barselona” – 126,000

3. "Bayern” – 125,000

4. "Atletiko” – 124,000

5. "Yuventus” – 121,000

6. PSJ – 109,000

7. "Sevilya” – 108,000

8. "Mançester Siti” – 99,000

9. "Borusia” Dortmund – 87,000

10. "Portu” – 85,000

"Qarabağ” və qonşuları

65-66. "Feyenoord” – 21,500

"Rapid” Vyana – 21,500

74. "Marsel” – 21,000

67. "Astana” – 20,750

69-72. "Qarabağ” – 20,500

"Yanq Boyz” – 20,500

BATE – 20,500

"Lokomotiv” Moskva – 20,500

73-73. "Selta” – 20,285

"Real Sosyedad” – 20,285

"Betis” – 20,285

76. "Trabzonspor” – 18,000

Digər Azərbaycan klubları

191. "Qəbələ” – 5,250

244-256. "Neftçi” – 3,825

"Keşlə” – 3,825

"Zirə” – 3,825

"Kəpəz” – 3,825

"Xəzər Lənkəran” – 3,825

OXŞAR XƏBƏRLƏR