MTN-in həbsdə olan rəis müavini ilə bağlı yeni - Xəbər
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin həbsdə olan rəis müavini İlqar Əliyevin barəsində məhkəmə qərarından apellyasiya şikayəti verilib.
Sfera.az-ın APA-ya istinadən məlumatına görə, İ. Əliyevin şikayəti Bakı Apellyasiya Məhkəməsinə təqdim olunub. Onun şikayətinə yaxın günlərdə baxılacaq.Qeyd edək ki, Səbail rayon Məhkəməsinin qərarı ilə İ. Əliyevin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Apellyasiya şikayəti həmin qərardan verilib.Bir neçə gün əvvəl MTN Monitorinq Mərkəzinin rəisi Teymur Quliyev, Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev, Transmilli Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəis müavini Füzuli Əliyev, MTN Monitorinq Mərkəzinin əməkdaşları Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev və Elşad Əzizov saxlanılıblar. Səbail Rayon Məhkəməsinin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.Onlar Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilirlər.Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.Eldar Mahmudov isə oktyabrın 17-də milli təhlükəsizlik naziri vəzifəsindən azad edilib.