SOCAR və "Amec Foster Wheeler" arasında məsləhətləşmələr aparılıb

SOCAR və "Amec Foster Wheeler" arasında məsləhətləşmələr aparılıb

Bu gün SOCAR prezidenti Rövnəq Abdullayev Böyük Britaniyanın “Amec Foster Wheeler” şirkətinin baş icraçı direktoru Samir Brikhonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

 SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, R. Abdullayev “Amec Foster Wheeler” şirkəti ilə SOCAR arasında hasilat və emal sənayesində səmərəli əməkdaşlıq münasibətlərinin mövcudluğunu və bu sahələrdə geniş perspektivlərin olduğunu qeyd edib.SOCAR prezidenti “Amec Foster Wheeler” şirkətinin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirib, şirkətə həvalə edilmiş layihələrin vaxtında və keyfiyyətlə icra edildiyini vurğulayıb.S. Brikho qeyd edib ki, “Amec” və “Foster Wheeler” şirkətlərinin birləşməsi karbohidrogen hasilatı, nəqli və emalı sahələrində Hasilatın Pay Bölgüsü Sazişləri çərçivəsində və Azərbaycanda həyata keçirilən digər layihələrdə şaquli inteqrasiya edilmiş beynəlxalq təcrübəni təmin edir. 

Baş icraçı direktor şirkətin Azərbaycanda 18 illik fəaliyyəti dövründə neft-qaz infrastrukturunun inkişafını dəstəkləmək məqsədilə digər layihələrlə yanaşı dənizdə 70 000 tondan artıq hasilat platformalarının inşasında iştiraklarını qeyd edib.Bildirib ki, “SOCAR-Foster Wheeler” Birgə Müəssisəsinin yaradılması ilə şirkətlər arasında əməkdaşlıq daha da genişlənib, Azərbaycanda yerli mühəndis kadrlarının potensialından daha böyük həcmdə istifadəyə şərait yaranıb.Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR