"Lotu Quli"nin yaxın adamı saxlanıldı - FOTO

Rusiyanın Federal Təhlükəsizlik Xidməti və Ağır Cinayətlər üzrə İstintaq İdarəsi Moskvada birgə əməliyyat keçirib.

Sfera.az bildirir ki, əməliyyat nəticəsində mütəşəkkil cinayətkar dəstənin azərbaycanlı başçısı Fuad Rzayev və dəstənin 10 üzvü saxlanılıb. Məlum olub ki, Fuad Rzayev "Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun yaxın adamıdır.

"Afo” ləqəbli Fuad Rzayev meyvə-tərəvəz satışı ilə məşğul olan ticarətçilərdən aylıq pul yığırmış. Hər ay biznesmenlər ona 2 milyon rubl məbləğində pul ödəyirdilər. Lakin iş adamlarından bəziləri hüquq-mühafizə orqanlarına şikayət ərizəsi yazdıqdan sonra, Rzayev haqqında cinayət işi başlanıb və axtarışa verilib.

Rzayev ehtiyatlı davranırdı. O, nadir hallarda insanlarla üzbəüz görüşürdü, söhbətlərini daha çox telefon və ya internet yazışmaları ilə aparırdı. Rzayevin biznesmenlərdən yığıdığı pullar məhz onun bank hesabına köçürülürdü. Ukrayna, Türkiyə və Gürcüstanda olan "Afo” Moskvaya gec-gec gəlirdi. Qaldığı otelləri və mənzilləri tez-tez dəyişən Rzayevi yaxalamaq elə də asan deyildi.

Lakin bu yaxınlarda Moskvada ailəsini görməyə gələn "Afo” əməliyyat nəticəsində mənzildə saxlanılıb.

Məlumata görə, saxlanılan zaman o, özünə bir neçə bıçaq xəsarəti yetirib və suallara cavab verməkdən imtina edib.

Onun həyat yoldaşı da saxlanılıb. Aygün adlı qadın saxta sənəd gəzdirməkdə ittiham edilir.(Yenicag.az)

OXŞAR XƏBƏRLƏR

Dolaba qoyduğu qeyd sayəsində öz qətlinin sirrini açan gənc qadın - FOTO

Təxminən 15 il əvvəl ABŞ-da yaşayan Qriselda Kassamajor adlı qadın işlədiyi masaj salonunda ölü tapılmış və onun qətlinin sirri uzun müddət açılmamış qalmışdır....

Azərbaycan Dili və Əlifbası Günüdür

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.   Sfera.az xatırladır ki, bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin...

Gəlin daim başqalarının paketini icazəsiz açan qayınanadan intiqam aldı

Britaniyalı qadın mütəmadi olaraq paketləri açan qayınanasının hərəkətlərindən bezib.    O, qayınanasının həyasızlığı ilə üzləşdiyini deyib. Qad...

Rəsmi Bakıdan Rusiyaya XƏBƏRDARLIQ

Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Xankəndidə İvan Azvazovskinin büstünün sökülməsi məsələsini şərh edərkən, Rusiya Prezidentinin xüsusi nümayəndə...

Nasistlərin heç vaxt tapmadığı sirli xəstəxana - FOTO

Franja Partizan Xəstəxanası Sloveniyanın qərbindəki Pasica vadisində gizlənmiş İkinci Dünya Müharibəsi dövründə gizli bir xəstəxana idi.   Sfera.az b...

Şimali Koreyada bu əşyaların satışı qadağan edilib

Şimali Koreyada həyat dünyanın qalan hissəsindən əhəmiyyətli dərəcədə fərqlənən qaydalar və məhdudiyyətlərlə idarə olunur. Ölkədə bir çox məişət əşyalarının sat...