"Zeytun budağı"nın 27-ci günündə daha 43 terrorçu məhv edildi

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatının 27-ci günündə daha 43 terrorçu məhv edilib.

Sfera.az "Sözçü"yə istinadən xəbər verir ki, TSQ-nın paylaşdığı məlumatda Türkiyə Ordusunun Kude kəndini ələ keçirdiyi və 54 yaşayış məntəqəsini nəzarətə götürdüyü bildirilib.


Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub. İndiyə qədər zərərsizləşdirilmiş terrorçuların sayı ümumilikdə 1528-ə çatıb.

Nura

OXŞAR XƏBƏRLƏR