Zeynal Nağdəliyev: "Seçkilərin izlənməsi üçün 1000 kamera quraşdırılacaq"

Zeynal Nağdəliyev:
"Prezident, parlament, bələdiyyə seçkiləri və referendumlar zamanı seçki sahəsində nailiyyətlərin artırılmasına nail olunub"

Sfera.az bildirir ki, bunu Prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev fevralın 15-də Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə deyib.

Z.Nağdəliyev deyib ki, DSK-ların fəaliyyəti seçki prosesinin daha demokratik və şəffaf keçirilməsində önəmlidir: "Seçkilərin demokratik və şəffaf keçirilməsi üçün Azərbaycan prezidenti müvafiq tələblər, vəzifələr qoyub. Əvvəllər bizdə hər seçkidən sonra DSK-ların, məntəqə seçki komissiyalarının ləğv olunması, icra hakimiyyəti başçılarının işdən azad olunması baş verirdi. Artıq bu kimi hallar keçmişdə qalıb".

Prezidentin köməkçisi qeyd edib ki, seçkilərin demokratik keçirilməsinin əsas şərti ictimai-siyasi sabitlikdir: "Azərbaycan bu sahədə nümunəvi ölkələrdən biridir. Sabitliyin əsasında iqtidar-xalq birliyi durur. Ölkəmizdə mühit dəyişib, insanlar 15 il əvvəlki dövlətdə yaşamırlar. İnkişaf etmiş, demokratik ənənələrin daha inkişaf etmiş bir ölkədə yaşayırlar".

Z.Nağdəliyev xatırladıb ki, 2008-ci ildə Azərbaycanda seçkilərin internet vasitəsi ilə izlənilməsi üçün 500 kamera quraşdırılmışdı: "Bu veb-kameralar vasitəsilə şərait yaratdıq ki, dünyanın hər yerindən maraqlı qüvvələr Azərbaycandakı seçkiləri diqqətlə izləsin. Təəssüf ki, bunu seçicilərin iradəsinə təzyiq kimi qiymətləndirən qüvvələr də oldu. Qarşıdan gələn prezident seçkilərində də 1000 kamera quraşdırılacaq. Bu imkan verəcək ki, dünyanın hər yerində Azərbaycanakı seçkini izləyə bilsinlər. Təkmilləşdirmə prosesi isə daim yaxşılaşdırılır".(AzVision.az)


OXŞAR XƏBƏRLƏR

Ukraynada hərbi vəziyyət və səfərbərlik uzadıldı

Ukrayna Ali Radası ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin uzadılmasını dəstəkləyib.   Sfera.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, b...

Prezident FƏRMAN İMZALADI

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Braziliya Federativ Respublikasının Kənd Təsərrüfatı və Heyvandarlıq Naz...

"Süni intellekti iqtisadiyyata tətbiq edən ölkələr qlobal bazarlarda lider olacaqlar" - ŞƏRH

“Süni intellektin iqtisadi inkişafa təsirinin öyrənilməsi mühüm əhəmiyyət kəsb edir”.   Bunu Sfera.az-a açıqlamasında iqtisadçı deputat T...

Prezident “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanuna dəyişikliyi təsdiqlədi

Bələdiyyə büdcəsinin gəlirləri və xərcləri bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində əks olunacaq.   ...

“2025-ci ildə neftə tələb artacaq” - İEA

Beynəlxalq Enerji Agentliyi (İEA) bu il qlobal neft tələbinin gündəlik 1,054 milyon barel artaraq orta hesabla 103,96 milyon barelə çatacağını proqnozlaşdırıb. ...

Növbəti iki gündə yağış və qar yağacaq - XƏBƏRDARLIQ

Bəzi rayonlarda növbəti iki gündə yağış və qar yağacaq.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. &...