Ermənilər Xankəndində işğalın 30 illiyini qeyd etdilər - VİDEO

Ermənilər Xankəndində işğalın 30 illiyini qeyd etdilər - VİDEO
Xəbər verdiyimiz kimi, işğalçı, separatçı, terrorçu və daşnak əqidəli ermənilər 1988-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycandan ayrılıb Ermənistana birləşmsi tələbi ilə mitinqlərin başlanmasının 30 illiyini qeyd edir.

Əslində 13 fevral 1988-ci il hansısa "azadlıq hərəkatı”nın yox, Azərbaycandan növbəti torpaqqoparma prosesinin başlanğıcı oldu. 

Xankəndində qondarma rejimin təşkilatçılığıyla yubiley mitinqi təşkil olunub. Mitinqdə təxminən 30  min insanın iştirak etdiyi iddia edilir.

Bako Saakyan və digər separatçıların qatıldığı mitinqdə məlum "Miatsum” ("Birlik”) və s. kimi hay-küylü şüarlar səslənsə də, təqdim edilən foto və video-kadrlardan bəlli olur ki, bəzi uşaqlar istisna, böyüklü-kiçikli, qocalı-cavanlı,  kişili-qadınlı əksəriyyətin sifətindən zəhrimar yağır… Tribunada danışanlara qulaq asan yoxdur, "mitinqçilər” öz aralarında söhbət edirlər…

Bunlar sübut edir ki, 1988-ci ilədək azərbaycanlılarla baş-başa, bizlərdən də qat-qat yaxşı və rahat yaşamış  orta və aşağı təbəqədən olan ermənilər indi Azərbaycandan "müstəqil” şəkildə  miskin vəziyyətdə yaşayır və  xunta rejimi keçmiş səhvlərinə görə peşmançılıq hisləri keçirən bu yoxsul kütləni zorla meydanlara qovur… (Moderator.az)


 
 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...