Əliyevin namizədliyinin təsdiq olunması MSK-da müzakirə ediləcək
Siyasət
11:30 / 14.02.2018
833
Bu gün Mərkəzi Seçki Komissiyasının iclasında Azərbaycan prezidenti, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyevin namizədliyinin irəli sürülməsinin təsdiq olunması müzakirə ediləcək.
Sfera.az bildirir ki, bu barədə APA-ya açıqlamasında YAP mətbuat xidmətinin rəhbəri, MSK üzvü Hüseyni Paşayev məlumat verib.
Yeni Azərbaycan Partiyasının fevralın 8-də keçirilən qurultayında İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb.
Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən sənədlərin komissiyaya təqdim edilməsindən sonra 5 gün müddətində MSK namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir.