Putin “Vesta” sürdü - “Çox əla” - VİDEO
Cəmiyyət
21:10 / 25.10.2015
1346
Soçidə təşkil olunan Valday Klubu konfransı ərəfəsində yeni “Lada Vesta” modelinin təqdimatı olub.
Rusya Prezidenti Vladimir Putin “AvtoVAZ”ın yeni modelinin sınaq yürüşünü keçirib.
“Gözəl avtomobildir. Sürət toplaması yaxşıdır, idarə etmək çox asandır. Keçilməsi çətin olan bir dağa dırmandıq. Çox rahatdır”, - deyə Putin avtomobili tərifləyib.
2010-cu ildə “Lada”nın Çita modelinin də sınaq yürüşünü keçirən Putin sonuncunun daha yaxşı olduğunu deyib:
“Lada Kalina” da yaxşı avtomobildir. Amma “Vesta” bir az böyükdür və istifadəsi daha rahatdır. Bir sözlə, başqa sinif avtomobildir”.
Xatırladaq ki, nəhəng “AvtoVAZ” “Lada Vesta”nın kütləvi istehsalına 2015-ci ilin sentyabrında başlayıb. Bu ilin sonunadək təxminən 6 min “Lada Vesta” satışa çıxarılacaq. 2016-cı ildə isə 70 min avtomobil istehsal ediləcək.