Şirvanda sərnişin taksi sürücüsünü bıçaqladı
Hadisə
14:15 / 13.02.2018
931
Şirvanda sərnişin taksi sürücüsünü bıçaqlayıb.
Hadisə Şirvan Diaqnostika Mərkəzinin qarşısında qeydə alınıb. Sərnişin, 1979-cu il təvəllüdlü Teymur Əliyev taksi sürücüsü, 1987-ci il təvəllüdlü Afiq Novruzovu boynundan bıçaqlayıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən T. Əliyev saxlanılıb.
Məlumata görə, onların hər ikisi dializ xəstəsi olub. (APA)
Sfera.az