Bakıda oğru qadın tutuldu
Cəmiyyət
19:06 / 24.10.2015
1509
Bakının Nəsimi rayonunda ev oğurluğu olub.
Sfera.az Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, oktyabrın 22-də şəhər sakini Könül İsmayılovanın mənzilindən 2150 manat və məişət əşyası oğurlanıb.Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Lalə Rüstəmova tutulub.Faktla bağlı araşdırma aparılır.