Əməliyyatçılar Saakaşvilini saçlarından sürüdülər – VİDEO

Əməliyyatçılar Saakaşvilini saçlarından sürüdülər – VİDEO
 Kiyevdə keçmiş Odessa vilayəti meri Mixail Saakaşvilinin saxlanılmasında 10-dan çox əməliyyatçı iştirak edib.

Sfera.az xəbər verir ki, "Zrada çi Peremoqa” "Telegram” kanalının yaydığı "Suluquni” restoranının müşahidə kamerasından çəkilmiş videogörüntüdə əməliyyatçıların onu məcburi şəkildə binadan çıxardığını görmək olur.

Kadrlarda növbə ilə üzü maskalı və kamuflyaj geyimdə olan 14 nəfərin restorana daxil olması, Saakaşvilini yerə yıxmaları, daha sonra isə saçlarından dartaraq çölə çıxarması əksini tapır.

Daha sonra açıqlama verən Saakaşvili ukraynalı əməliyyatçıları faşistlərlə müqayisə edərək, ona qarşı çox kobud davranmaqla güc tətbiq etdiklərini bildirib.

Qeyd edək ki, fevralın 12-də Ukrayna sərhəd xidmətinin xüsusi təyinatlıları Saakaşvilini restoranda saxlayaraq, onu helikopterlə Borispol aeroportuna aparıb, daha sonra isə Ukrayna vətəndaşlığından məhrum olan siyasətçi təyyarəyə mindirilib və Polşa paytaxtına göndərilib.

Xatırladaq ki, 2017-ci ilin sonlarında, Kiyev dairə-inzibati məhkəməsi vətəndaşlığı əlindən alınan Saakaşvilinin ölkədən ekstradisiyasına əngəl olacaq hər hansı halın və ya səbəbin olmadığını qət edib.

 Oxu.Az


OXŞAR XƏBƏRLƏR

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...

Fransa təhlükəsiz peyk rabitəsi üçün lazerləri sınaqdan keçirdi

Fransız texnologiya şirkətləri Fransa Müdafiə İnnovasiyaları Agentliyinin dəstəyi ilə ilkə imza atıb.   “Unseenlabs”ın aşağı orbitli nanope...