Zabitlər evində yanğın

Zabitlər evində yanğın

KANAL  (REGİON TV) xəbər verir ki, ötən gün şimal-qərb bölgəsində yanğın hadisələri qeydə alınıb. 

Zaqatalada fərdi yaşayış evi, Balakəndə isə sərhəd zastavasının zabitlərinin yaşadığı tikili yanıb.

Zaqatalada Danaçı kənd sakini Saniat Ubaşovaya məxsus, ümumi sahəsi 156 kv.m olan birmərtəbəli 

5-otaqlı fərdi yaşayış evi anidən alışıb. Hadisədə xəsarət alan olmasa da, evin yanar konstruksiyaları və 

əşyalar külə dönüb. Əraziyə Fövqaladə Hallar Nazirliyinin Zaqatala Rayon Dövlət Yanğından Mühafizə 

Hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində alovun genişlənərək 

yardımçı tikiliyə keçməsinin qarşısı alınıb.

Digər yanğın hadisəsi isə Dövlət Sərhəd Xidmətinin Balakəndəki zastavasında baş verib. "Darvazbinə"

 yaşayış məntəqəsində yerləşən sərhəd zastavasında, ümumi sahəsi 340 kv.m olan birmərtəbəli zabitlər 

evinin dam örtüyü 200 kv.m sahədə yanıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Balakən Rayon

 Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib. Alovun genişlənməsinin qarşısı 

alınıb, binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb. Hər iki

 faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR

“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.   Sfera.az xəbər verir ki, Amerika lideri...

Dünya çempionatı: "Real" "Yuventus"a qalib gəldi

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.   Sfera.az xəbər verir ki, İspaniya ...

Evdə köhnə telefon və notbuku olanlara şad xəbər - atmayın!

Alimlər köhnə telefon və noutbuklardan qızıl çıxarmağın yolunu tapıblar.   Sfera.az xəbər verir ki, metod həm elektron tullantılardan, həm də filizdə...

Sumqayıtda arvadını öldürən kişi TUTULDU

Sumqayıtda həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.   Sfera.az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 1982-ci il təvə...

Bəzi qadınlar üçün pensiya yaşı azaldıla bilər - VİDEO

Bu gündən Azərbaycanda qadınlar üçün pensiya yaşı 6 ay artırılır. Pensiya yaşı 64 il 6 ay olacaq. 2027-ci il iyulun 1-dək isə qadınların da pensiya yaşı kişilər...

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...