Azərbaycanlılar «Ferrari»nin səhmlərini ala bilər - Cəmi 5 minə - VİDEO
Cəmiyyət
08:37 / 27.10.2015
1326
Dünyanın ən lüks avtomobil şirkəti səhm satışına başladı
Ferrarinin səhmlərinin 9 faizi Nyu York Birjasında ilkin kütləvi satışa çıxardılıb. İlkin olaraq səhmin birinin qiyməti 52 dollardan başlasa da, elə ilk gün ərzində xeyli bahalaşıb və 61 dollara çatıb.
Ümumilikdə ilk birja seansını “Ferrari” 5,8 faiz qazancla qapadıb. Şirkət səhmlərin bir hissəsini sataraq təxminən 890-980 milyon dollar arasında gəlir əldə etməyi proqnozlaşdırır. Qurumun səhmlərinin 90%-i «Fiat-Craysler» qurupuna aiddir, cəmi 10 faizi isə hələ də “Ferrari” ailəsinin nəzarətindədir. Birjaya çıxmaqla “Ferrari” daha da güclənmək və bazar payını artırmağı hədəfləyir. Bu addımdan sonra şirkətin bazar qiymətinin təxminən 10 milyard dollara qalxacağı gözlənilir.
Səhm satışının Azərbaycan üçün maraqlı tərəfi də var. İlk dəfə olaraq yerli şirkətlərdən biri azərbaycanlılara səhm almaq imkanı yaradıb. Amma bu ticarətə ən azı 5 min dollarla başlamaq lazımdır.
Sfera.az