Mərkəzi Bank sədri danışdı: Manatın taleyi necə olacaq?

Gündəm
12:27 / 12.02.2018
1253
Mərkəzi Bank valyuta bazarına əhəmiyyətli dərəcədə müdaxilə etmir.
Bunu Mərkəzi Bank sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında Azərbaycanda ABŞ dollarının məzənnəsinin uzun müddətdir ki, 1,7001 AZN/USD səviyyəsində qalması barədə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Məlum olub ki, AZN/USD məzənnəsinin uzun müddətdir 1,7001 səviyyəsində qalması "üzən məzənnə” rejimindən imtina edilməsi demək deyil:
"Bununla belə, əhalinin və iş adamlarının marağını nəzərə alaraq, manatın kəskin ucuzlaşmasıvə yaxud bahalaşmasını istəmirik. Məzənnə siyasətində "üzən məzənnə” rejiminin tərkib hissəsi olan "aralıq rejim” tətbiq edilir.
Tənzimləyici qurum az volatilli sabit məzənnə, ucuz pul və aşağı səviyyəli inflyasiyanı qarşıya hədəf qoyub və bunların üçü də eyni dərəcədə vacibdir. Qurumun valyuta ehtiyatlarının artması isə bankların ona olan borclarını qaytarması ilə bağlıdır. Hazırda AMB valyuta hərraclarında dollar alıb-satmır”.(Oxu.az)
Sfera.az