Təyyarə qəzasında ölənlərin fotoları yayıldı

Təyyarə qəzasında ölənlərin fotoları yayıldı
Ötən gün Rusiyada "An-148" tipli sərnişin təyyarəsi qəzaya uğrayıb.

 
Moskva-Orsk reysini həyata keçirən "Saratov Hava Yolları"na məxsus sərnişin təyyarəsi "Domodedovo" hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra Moskva yaxınlığında qəzaya uğrayıb.

Təyyarənin göyərtəsində 65 sərnişin və 6 heyət üzvü olub. Qəzaya uğrayan "An-148" təyyarəsində sağ qalanlar yoxdur. Təyyarədə olan 65 sərnişin arasında bir azərbaycanlı da olub. Siyahıda adı qeyd olunmuş şəxs Namiq Qəhrəmanovdur. N.Qəhrəmanov 2 il əvvəl Orenburqun Orsk şəhərinə gəlib, biznes fəaliyyət  ilə məşğul olmağa başlayıb. Rusiya vətəndaşı olan N. Qəhrəmanovun tikiş sexi olub.(Milli.Az)
 




 
 
 
Sfera.az



OXŞAR XƏBƏRLƏR