Azərbaycanda ərzaq bahalaşıb - RƏSMİ

Azərbaycanda ərzaq bahalaşıb - RƏSMİ
 Bu ilin yanvar ayında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin yanvar ayına nisbətən 5,5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 6,9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 5,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,9 faiz bahalaşıb.

Bu haqda modern.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, cari ilin yanvarında ötən ilin dekabrına nisbətən ərzaq məhsullarının qiymətləri 0,5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz bahalaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,8 faiz ucuzlaşıb.

Nəticədə istehlak məhsullarının və xidmətlərin ümumi indeksi 100 faiz səviyyəsində olub.
 
Sfera.az-a

OXŞAR XƏBƏRLƏR