“Son vaxtlar verilmiş sərəncamlar bu məqsədi güdür ki...” - Prezident

“Son vaxtlar verilmiş sərəncamlar bu məqsədi güdür ki...” -  Prezident

“Bu gün Azərbaycanda yaradılan müasir müəssisələr ən yüksək standartlara cavab verir. Bizim siyasətimiz bundan ibarətdir”.

Sfera.az Azərtac-a istinadən xəbər berir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu fikirləri Sumqayıtda etilen-polietilen zavodunda yeni qurğuların işə salınması mərasimində bildirib.

Dövlət başçısı deyib:

“Sənayeləşmə siyasətinin aparılması üçün bizdə güclü iradə var. Eyni zamanda, burada yaradılan və yaradılacaq şəraitdən özəl qurumlar da istifadə edəcəklər. Çünki biz artıq xammal yox, hazır məhsul ixrac edəcəyik”.

Prezident vurğulayıb ki, kiçik və orta sahibkarlar üçün də çox böyük imkanlar yaradılacaq:

“O məhsullar ki, bu günə qədər idxal edilirdi, artıq Azərbaycanda istehsal olunacaq və bütün bu işləri görmək üçün çox böyük tədbirlər planı icra edilir. İlk növbədə, Azərbaycanda investisiya iqlimi müsbətdir, digər tərəfdən, dövlət vəsaiti qoyulur, özəl sektor da bu işlərdə fəal iştirak edir.

İlham Əliyev vurğulayıb ki, sahibkarlığın inkişafı Azərbaycanın ümumi inkişafının əsas şərtidir. Ona görə sahibkarlara maksimum sərbəstlik verilməlidir və verilir:

“Son vaxtlar qəbul edilmiş qərarlar, qanunlar, verilmiş sərəncamlar bu məqsədi güdür ki, sahibkarlara heç kim mane olmasın, süni əngəllər aradan götürülsün, sahibkarlar maksimum dərəcədə sərbəst, rahat şəraitdə işləsinlər, ölkəmizə vəsait qoysunlar, iş yerləri yaratsınlar və Azərbaycanda biznes mühiti daha da yaxşılaşsın”.


OXŞAR XƏBƏRLƏR