Xəzərin statusuna dair razılaşma baş tutmayacaq?

Xəzərin statusuna dair razılaşma baş tutmayacaq?
Bu il keçiriləcək Xəzər sammiti zamanı dənizin hüquqi statusuna dair konvensyanın imzalanması baş tutmaya bilər.

 
Bu barədə "Wood Mackenzie” nüfuzlu beynəlxalq konsantinq şirkətinin analitikləri bildirir. Səbəb isə İranın Xəzərin bölünməsinə dair mövqeyidir.


Ötən ilin sonlarında Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan xarici işlər nazirləri səviyyəsində aparılmış danışıqlardan sonra Xəzərin hüquqi statusuna dair konvensiyanın nəhayət razılaşdırıldığı açıqlanıb. Bu, 20 ildən çoxdur davam edən danışıqlardan sonra əldə edilmiş nəticə idi. Rusiya xarici işlər naziri Sergey Lavrov konvensiyanın Xəzər ölkələrinin sammitində imzalanacağını bildirib. Nazir dənizin bölgüsü üçün orta xəttin müəyyən edildiyini açıqlayıb. Azərbaycan xarici işlər nazirinin müvini Xələf Xələfov isə daha sonra jurnalistlərə açıqlamasında yekun konvensiyanın razılaşdırıldığını təsdiqləyib, lakin bəzi məsələlər üzrə müzakirələrin davam etdiyini deyib.

Lakin "Offshore Oil and Gas Magazine” dərgisi "Wood Mackenzie” şirkətinin analitikinə istinadən bildirir ki, belə görünür İran hələ də Xəzərin bölünməsi prinsipinə dair özünün əvvəlki mövqeyində qalır. İran Xəzər dənizindən 20 faiz pay almaqda israrlıdır, hansı ki, orta xətt prinsipinə əsasən aparılacaq bölgüdə İranın faizi 11-13 faizdən çox olmayacaq.

Bununla belə şirkət qeyd edir ki, Xəzərin yekun hüquqi statusuna dair danışıqlarda istənilən irəliləyiş mühümdür, diqqəti cəlb edir. Xüsusən də bu irəliləyiş Xəzərin cənub hissəsindəki mübahisəli yataqlara dair gələcək ikitərəfli danışıqlar üçün əsas yaradacaqsa.(Virtualaz.org)
 
 
 
Sfera.az



OXŞAR XƏBƏRLƏR

Azərbaycanda bu şəxslərə subsidiya veriləcək - QƏRAR

Azərbaycanda radio yayımçılarına subsidiya veriləcək.   Sfera.az xəbər verir ki, bu barədə Audiovizual Şuranın (AŞ) hesabatında bildirilib.  ...

Ödənişləri kartdan-karta qəbul edən ÖZƏL BAĞÇALAR: Rəhbərliyi hansı cəza gözləyir?

Son zamanlar özəl məktəbəqədər təhsil müəssisələri ilə bağlı şikayətlərlə tez-tez qarşılaşırıq. Budəfəki məsələ uşaq bağçalarında ödənişlərin qeyri-rəsmi yollar...

DİM sədri: Rəqəmsal imtahanlara keçid üzrə işlər görülür

Rəqəmsal imtahanlara keçid üzrə işlər görülür.   Sfera.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszad...

Qəzaya uğrayan AZAL-a məxsus təyyarənin "qara qutu"ları Qazaxıstana gətirildi

AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin "qara qutu"ları Braziliyadan Qazaxıstana gətirilib və rəy vermək üçün səlahiyyətli kom...

İndoneziyada vulkan püskürdü

İndoneziyanın Halmahera adasındakı İbu vulkanı yenidən aktivləşərək dörd kilometr yüksəkliyə kül püskürüb.   Sfera.az xarici mətbuata istinadən ...

Yolda hərəkət edən qapısız ambulansla bağlı AÇIQLAMA - VİDEO

Sumqayıt şəhərində qapısı olmayan təcili tibbi yardım avtomobili küçədə hərəkət edərkən görüntülənib.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəb...