Məmmədyarov: "Bu regional sülh və təhlükəsizliyə ciddi təhdiddir”

Məmmədyarov:
 
"Artıq 30 ilə yaxındır ki, "Şərq tərəfdaşlığı" ölkəsi olan Ermənistan digər "Şərq tərəfdaşlığı" ölkəsinin suverenliyi və ərazi bütövlüyünə qarşı gücdən istifadə edir və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini hərbi işğal altında saxlayır.
 
 
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğu münaqişənin həll edilməməsində əsas səbəbdir və regional sülh və təhlükəsizliyə ciddi  təhdiddir”.

 

Bu sözləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclasında çıxışında deyib.

 

Status-kvonun dəyişdirilməsi və münaqişənin danışıqlar yolu ilə tezliklə həllində ən maraqlı tərəf olaraq Azərbaycanın beynəlxalq ictimaiyyətin münaqişənin həlli ilə əlaqədar mövqeyini dəstəklədiyini söyləyən nazir bildirib ki, beynəlxalq ictimaiyyətin mövqeyi beynəlxalq təşkilatların çoxsaylı qərarları və müvafiq sənədləri, xüsusilə BMT Təhlükəsizlik Şurasının qətnamələrində  təsbit olunub: "BMT TŞ-nın qətnamələrində tələb olunduğu kimi, təxirə salınmadan Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması təmin olunmalıdır".

 

E. Məmmədyarov qeyd edib ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz rejimin təmsilçilərinin Avropa İttifaqı ölkələrinə səfərləri narahatlıq doğuran məqamdır: "Bu qəbildən olan səfərlər Avropa İttifaqı ilə Ermənistan arasında vizaların sadələşdirilməsi və readmissiya haqqında sazişin və Şengen viza rejiminin pozulması ilə müşayiət olunur. Bununla bərabər, Avropa İttifaqının üzv dövlətlərində olan hüquqi və fiziki şəxslərin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi və digər fəaliyyətləri ciddi narahatlıq doğuran başqa bir məsələdir”. (APA)

OXŞAR XƏBƏRLƏR

İndoneziyada vulkan püskürdü

İndoneziyanın Halmahera adasındakı İbu vulkanı yenidən aktivləşərək dörd kilometr yüksəkliyə kül püskürüb.   Sfera.az xarici mətbuata istinadən ...

Yolda hərəkət edən qapısız ambulansla bağlı AÇIQLAMA - VİDEO

Sumqayıt şəhərində qapısı olmayan təcili tibbi yardım avtomobili küçədə hərəkət edərkən görüntülənib.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəb...

Brend sevgisinin arxasında hansı psixoloji hallar var? - ARAŞDIRMA

İstənilən dövrlərdə brend geyimlər, əşyalar diqqət mərkəzində olub. Maraqlıdır ki, son zamanlar marka həvəskarları  arasında yalnız maddi vəziyyəti buna im...

Pensiya kapitalları indeksləşdiriləcək - Faiz dərəcəsi BƏLLİ OLDU

Azərbaycanda sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı indeksləşdirilərək 2,2 faiz artırılacaq.   Sf...

İlham Əliyev türkiyəli aktyoru təltif etdi - FOTO

Türkiyəni COP29-da təmsil edən aktyor Engin Altan Düzyatan Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib. &...

Tacikistan seçkiləri müşahidə etmək üçün 26 ölkəyə dəvət göndərdi

Tacikistan 2025-ci il martın 2-də keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün 26 ölkəyə və beynəlxalq təşkilatlara dəvət göndərib.   Sfera....