Qadınlar arasında 68 min davası... - Bakıda

Qadınlar arasında 68 min davası... -  Bakıda

Bakı sakini tanışına verdiyi 67500 manat pulu geri ala bilmir.

Sfera.az  lent.az-a istinadən xəbər verir ki, polisə müraciət edən Badamdar qəsəbə sakini Gülnar Abdullayeva bu ilin mayında tanışı, 1972-ci il təvəllüdlü Bəturə Qasımovaya 67 min 500 manat verdiyini deyib. 


Şikyətçi qeyd edib ki, pulu həmin şəxsə mayın 12-dən 28-dək olan müddətdə hissə-hissə verib. B.Qasımova bu pulla ticarətini böyüdəcəyini deyib.

Lakin qarşı tərəf vəd verdiyi kimi pulu vaxtında qaytarmayıb.

Müraciət əsasında araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR