Mağazadan oğurluq edən şəxslər tutulub

Mağazadan oğurluq edən şəxslər tutulub
 Sabirabadda oğurluq hadisəsi baş verib.

Daxili işlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şirvan şəhərində regional qrupundan  verilən məlumata görə, fevralın 7-də Sabirabad rayon sakini Əvəz Muradov  Sabirabad RPŞ Qaragüney PB-nə ərizə ilə müraciət edərək bir gün əvvəl ona məxsus mağazadan oğurluq edilməsi barədə məlumat verib.

Məlumatla əlaqədar həmin ünvana gələn Qaragüney PB-nin əməkdaşları müvafiq tədbirlər keçiriblər. Araşdırmalar nəticəsində məlum olub ki, mağazadan 1000 manat dəyərində telefon danışıq kartları və 580 manat dəmir pul oğurlanıb.

Keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən şəxslərin paytaxtın Xətai rayonu ərazisində olmaları müəyyən edilib. Xətai RPİ 35-ci və Sabirabad  RPŞ Qaragüney Polis Bölmələrinin əməkdaşlarının birgə keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sabirabad  rayon sakini Əlisa Nərimanov, Tovuz rayon sakini Pirqulu Hüseynov və Biləsuvar rayon sakini Nüslət Həsənəliyev saxlanılıblar.

Dindirilmə zamanı hər üç şəxs törətdikləri cinayəti etiraf ediblər. Oğurladıqları telefon danışıq kartlarının müəyyən bir qismi isə maddi sübut kimi götürülüb.

Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR

İran döyüş vəziyyətində - Hədəf kimdir?

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqeri bildirib ki, İran ordusu və İnqilab Keşikçiləri Korpusu (Sepah) hazırda Hörmüz boğazı...

“Tramp sülhün müəllifi kimi tarixə düşmək istəyir” - Ekspert

Ukrayna Prezidenti Volodimir Zelenski mayın 15-də İstanbulda Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə keçiriləcək danışıqlara ABŞ Prezidenti Donald Trampı...

"Son zəng"lə bağlı XƏBƏRDARLIQ

"Son günlər kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə müvafiq məktəb üzrə baş verən neqativ haldan (207 saylı məktəbin direktorunun "Son z...

Ərzaq məhsullarından ən çox meyvə və tərəvəzlər bahalaşıb - Müqayisə

2025-ci ilin aprelində ərzaq məhsulları arasında aylıq müqayisədə ən çox bahalaşma meyvə və tərəvəzlərdə qeydə alınıb.  Sfera.az rəsmi dövlət statisti...

Doktoranturaya sənəd qəbulu başladı

13 may saat 11:00-dan ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə başlanılıb.   Bu barədə Sfera.az-a Elm və Təhsil Nazirliy...

"102 min şagird 1-ci sinfə qəbul olunub" - Eşqi Bağırov

Artıq 102 min şagird 1-ci sinfə qəbul olunub.   Sfera.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlə...