Böyükağa Hacıyevin oğlu: Atamın ürəyinin 20 faizi işləyir

Böyükağa Hacıyevin oğlu: Atamın ürəyinin 20 faizi işləyir
 "Neftçi”nin sabiq məşqçisi Böyükağa Hacıyevin vəziyyəti ağır sabit olaraq qalmaqdadır.
Sfera.az xəbər verir ki, bu barədə Oxu.Az-a Böyükağa Hacıyevin oğlu Rüstəm Hacıyev məlumat verib.

Hazırda Azərbaycan Cüdo Federasiyasının fotoqrafı işləyən Hacıyev bu gün atasının yatdığı Mərkəzi Klinik Xəstəxanasına buraxılmadığını bildirib:

"Dünən xəstəxanaya atam gətiriləndə yanına buraxılmışdım. İndi isə heç kim məlumat verməyə belə reanimasiya qapısına yaxınlaşmadı. Məcbur olub zəng etdim. Mənə deyildi ki, ürəyinin 20 faizi işləyir, vəziyyətində dəyişiklik yoxdur. Bildiyiniz kimi, atamın ürəyinə dünən iki stend qoyulub. Mənə o da deyildi ki, zərurət olarsa, əlavə əməliyyat olacaq. İndiki durumda zərurət yoxdur”.

Qeyd edək ki, Böyükağa Hacıyev dünən əməliyyat olunduğu "Modern Hospital”da infarkt keçirib və dərhal Mərkəzi Klinik Xəstəxanasına gətirilib. 

OXŞAR XƏBƏRLƏR