Qan qruplarına görə insanların yaxşı və pis xüsiyyətləri Kim necə insandır oxuyun və bilin

Qan qruplarına görə insanların yaxşı və pis xüsiyyətləri  Kim necə insandır oxuyun və bilin

Sfera.az qan qrupları və şəxsiyyət xüsusiyyətlərini təqdim edir.

Bu da qan qruplarına görə şəxsiyyət xüsusiyyətləri ... 

1. qan qrupu: 

Müsbət cəhətləri: Diqqətli, simpatik, fədakar, nəzakətli, dürüst, sadiq, uyğun, ünsiyyət qura biləndirlər.  

Mənfi cəhətləri: Çox xırdaçı, romantik, əsəbi, qərarsız, içinə bağlı.

 Dünyadakı insanların  34 faizi  -2 , 6 faizi  isə +2 qan qrupuna aiddirlər.

Əsəbləşsə belə sakit qalmağı bacarar. İçə dönük, ictimaiyyətə həssas, məsuliyyət sahibidirlər. Etibarlı və ətrafındakıların başı qarışdığında hər şeyin məsuliyyətini üzərinə götürə biləndir. Utancaq olduğu zamanlar vardır. İnsanların yanında bəzən əsəbi ola bilər. Ətrafına qarşı həssas olmasına baxmayaraq başqaları tərəfindən səhv başa düşülə bilər. Təbiət düşkünüdür və çox insan olan mühitləri çox sevməz. Dəyişməyi xoşdamır, özünə aid bir dünyaya ehtiyac duyar, hətta pessimist belə sayıla bilər. Dəyişiklik sevmədiyi üçün ancaq romantik olduqlarına görə bu qan qrupundan olan insanlar ümumiyyətlə yaradıcı gücə sahib sənətçilərdir.

2. qan qrupu: 

Müsbət cəhətləri:  Şən, çölə çıxmağı sevən, müsbət, macəraçı, aktiv, romantik, nəzakətli. 

Mənfi cəhətləri:  Unutqan, qərarsız, dağınıq, səs-küyçü, şişirtməyə meyilli, idman sevər. 

Dünyadakı insanların 9 faizi -3, 2 faizi isə +3 qan qrupuna aiddirlər.

 Məntiqli, təşkilatçı, ağla duyğudan çox əhəmiyyət verən, yaradıcıdırlar. Hər şeyin yolunda getdiyini gördüyündə özünü möcüzəvi hiss edər. Etdiyi işə diqqətcil olaraq başqa şeyləri görməməzlikdən gələ bilər. Enerjili və məqsədə istiqamətli hərəkət edər, hər hansı bir mövzunun fanati ola bilər və o mövzuyla sonuna qədər məşğul olar. Sahibkarlığa meyilli olmasına baxmayaraq, komanda oyunlarında çox müvəffəqiyyətli deyil, çünki o komanda quruluşuna əleyhdar müstəqil bir şəxsiyyətdir. Mənfi şeyləri xaricə vurmaq yerinə içə atar, problemləri həll etmək üçün gerçəkləri göz önündə saxlayar, çox çox soyuq ya da rəsmi ola bilər, yoldaşlarına özünü çox açmaz. 

3. qan qrupu: 

Müsbət cəhətləri: Diplomatik, simpatik, tez öyrənən, zövq sahibi, hər kəslə asan anlaşa biləndirlər. 

Mənfi cəhətləri: Həmişə şikayət edər, fərqli və dəyişən ruh halına malikdir, çox düşünürlər.

 Dünyadakı insanların 4 faizi -4, 1 faizi isə +4 qan qrupuna aiddirlər.

 Ziddiyyətlərlə dolu bir xarakterə malikdirlər: Məsələn ictimaidir eyni zamanda utancaqdırlar. Nə edəcəkləri əvvəldən bilinməz. Yoldaşlarından asılıdırlar, lakin əgər çox üstlərinə gedilsə üsyan edə bilərlər, ictimai mühitlərdə zaman zaman utancaq, zaman zamansa cəsurdur. Yaradıcı və sənətçidirlər. Məcburedicidirlər. Psixologiya, astrologiya və falla maraqlanır, yaxşı bir siyasətçi ya da diplomat ola bilərlər. Problemləri əvvəldən hiss etmək və qarşısını almaq mövzusunda çox müvəffəqiyyətlidir. Şəhər atmosferini sevər amma, bəzən bağlı sahələrdə qalmağı xoşlamazlar. Yaşadığı ev onu düşünməyə və hərəkət etməyə motivasiya etməlidir. Etdiyi hər şeydə müvəffəqiyyətə çatarlar. 

4. qan qrupu: 

Müsbət cəhətləri: Özləri güvənir, güclü qərar mexanizminə sahibdir, sadiq, öz qərarlarını öz verən insanlardır.

 Mənfi cəhətləri: İş düşkünü, romantik, inadçı, soyuq, eqoist, dolanışıqsız, narahat. 

Statistika: Dünyadakı insanların  38 faizi  -1 , 6 faizi isə +1 qan qrupuna aiddirlər. Sosial, enerji dolu, çox hərəkətli, həqiqi dost, dəbdəbəli, vecsiz insanlardırlar. Önünə çıxan şansları anında istifadə edirlər. Yeni bir layihəyə dərhal atıla bilərlər, yeni fikirlər çıxarmağa uyğundurlar. Diqqətləri tez dağılır, qüvvətli duyğulara malikdir və özünü yaxşı ifadə edə bilərlər. Hər an müxalifət ola bilər amma bu duruşundan dərhal imtina edə bilər. Digər qan qruplarından olan kəslərə tez qapıla bilirlər. Ehtiraslı və detalçı olan bu şəxsiyyət mühitə asan adaptasiya ola bilər. Hiss etdiklərini asanlıqla ortaya çıxarda bilər, doğuşdan zərifdirlər.

1. qan qrupu qadını: Uşaqları çox sevər və davamlı uşaqlarıyla maraqlandıqlarına görə yoldaşlarını laqeyd olarlar. Pul xərcləməyə sevirlər. Dəyişiklikdən xoşlanarlar. 

1. qan qrupu kişisi: Yaxşı bir dost və natiqdir. Daimi yaşamağı seçər. Yoldaş seçimi mövzusunda vasvasıdırlar. 

2.qan qrupu qadını: Pul mövzusunda ya çox xəsis ya da əli çox açıq biridirlər. 

2.qan qrupu kişini: Azadlığının məhdudlaşdırılmasından nifrət edərlər. Qadınlara sonsuz hörmət duyar. Şən bir ailə istər. Yemək mövzusunda olduqca vasvası bir quruluşa malikdir. 

3.qan qrupu qadını: Bəzək-düzəyə sevərlər. Pul mövzusunda yığcıl biridirlər. Yemək bişirmək və gözəl süfrə hazırlamaqda çox bacarıqlıdırlar. 

3.qan qrupu kişini: Avtoritar, sözünün ailə içərisində keçməsini istəyən bir fərddir. Xoşgörüşlü və qərarlı bir quruluşa malikdir. Yoldaşına ev işlərində kömək olmaqdan xoşlanar. 

4.qan qrupu qadını: Uşaqları bir az böyüdüyündə, dərhal iş həyatına geri dönmək istər. Yemək bişirməyi sevməz. Mətbəx xərcləri azaldaraq özünə yeni paltarlar almağı seçər. 

4.qan qrupu kişini: Çox qısqancdır. İzdihamlara qarışmağı sevməz. Hərəkətli, ehtiraslı və çalışqandır. Yoldaşına davamlı hədiyyələr alaraq sürprizlər edər.


OXŞAR XƏBƏRLƏR