Rayon maşınlarına qadağa bitdi?

Rayon maşınlarına qadağa bitdi?

Bəli, doğrudan da son günlər şayiə yayılıb ki, guya rayon qeydiyyatında olan maşınların Bakıya buraxılması ilə bağlı qoyulmuş qadağa ləğv edilib. Lakin bu şayiələrin heç bir əsası yoxdur. 

Sfera.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev deyib.
 
BDYPİ-nin şöbə rəisi "avtosfer.az"-a bildirib ki, məlum qadağa aradan qaldırılmayıb: "Mən özüm bu gün həmin postlardan birində müşahidə aparmışam və görünən budur ki, postda yol polisi əməkdaşları xidməti davam etdirir. Sürücülərə bildirmək istəyirəm ki, Nazirlər Kabineti yanında Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının rayon qeydiyyatında olan nəqliyyat vasitələrinin Bakıya buraxılmasını qadağan edən məlum qərarı qüvvədədir və qurulmuş postlarda xidmət davam edir".
 
Onun sözlərinə görə, ola bilər ki, hansısa postda yol polisi əməkdaşları bir-iki dəqiqə görünməyib: "Bu da onunla bağlı ola bilər ki, əməkdaşlar rayon qeydiyyatında olan maşını saxlayıb və duracağa yönləndirərkən postdan uzaqlaşıb".


OXŞAR XƏBƏRLƏR