Yuxu zamanı qolların keyiməsi - SƏBƏBLƏR

Yuxu zamanı qolların keyiməsi - SƏBƏBLƏR
 Bir çox insanlar bu problemlə üzləşir. İnsan səhər oyananda qolunu hiss etmir, qolda sancma və ağrı hissi olunur.

Dərhal təşvişə düşməyin. Bunun səbəbi çox adi ola bilər.

Qollarda keyimənin səbəbləri müxtəlifdir. Əksər hallarda bu narahat pozada yatmaq, çox hündür yastıq, dar gecə paltarı, ağır fiziki iş və s. ola bilər.

Lakin bəzən qollarda keyimə bəzi xəstəliklərin simptomu kimi meydana çıxır.

Əgər qollar tək gecə deyil, gündüz də keyiyir, keyimə gec keçir, keyimə ani şəkildə baş verir, əllər getdikcə zəifləyir və s. kimi simptomlar əmələ gəlirsə, mütləq həkimə müraciət edin. Bu hər hansı xəstəliyin simptomu ola bilər.

Sfera.az saglamolun.az-a istinadən bu xəstəlikləri təqdim edir:

- bilək kanalının sindromu. Bu zaman əllərdə keyimə və ağrı yaranır, vaxt keçdikcə insan adi əl hərəkətləri edə bilmir, əlində bir əşya sıxa bilmir və s. Bu çox ciddi pozulma hətta əlilliyin inkişafına səbəb ola bilər. Bir çox hallarda bu pozulma kompüterdə işləyən insanlarda, dərzilərdə, musiqiçilərdə, rəngsazlarda inkişaf edir.  

 

- onurğa sütunu xəstəlikləri. Bu zaman qollara gedən sinirlər və qan damarları sıxılır ki, nəticədə qollar keyiyir.  

- şəkərli diabet

- qanazlığı

- ürək və damar xəstəlikləri

- sinir sistemi xəstəlikləri.


OXŞAR XƏBƏRLƏR

Gəncədə yaşayış binasında partlayış: 2 ölü, 4 yaralı - VİDEO

Xəbər verildiyi kimi, Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar FHN-in Gəncə Regional Mərkəzi...

Süni intellektin böyük əksəriyyəti Aİ qanunvericilik səddini keçməyəcək

Bir çox aparıcı süni intellekt modelləri kibertəhlükəsizlik və ayrı-seçkiliyə yol verilməyən məlumatların çıxarılması ilə bağlı gələcək Avropa qanunvericiliyini...

Bu yollarda tıxac var - SİYAHI

Bakının bir sıra yollarında tıxac müşahidə edilir.   Sfera.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. &...

Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib.   ...

Yuxusuzluğun səbəbi bəlli oldu - Bu vitaminlərin çatışmazlığı...

Yuxusuzluğun ümumi səbəbi orqanizmdə vitamin və mineralların çatışmazlığıdır.   Sfera.az xəbər verir ki, bunu dietoloq Dmitri Semiryadov bildirib. O , ...

Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq?

Uğurlu nəticələr göstərən tələbələr universiteti bitirdikdən sonra hərbi xidmətlərini Milli Müdafiə Universitetində keçirəcəklər.   Yeni yaradılan ko...