Azərbaycanda turizm şirkətinin rəhbəri beynəlxalq axtarışa verildi
Cəmiyyət
09:11 / 28.10.2015
1320
Azərbaycanda turizm şirkətlərindən birinin rəhbəri beynəlxalq axtarışa verilib.
Sfera.az-in İnterpolun saytına istinadən verdiyi məlumata görə, 35 yaşlı Əhməd Məmmədov Azərbaycan Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir.
Ə.Məmmədov ölkədən qaçdığı üçün Azərbaycan hüquq-mühafizə orqanları onun barəsində həbsli axtarış elan edib və saxlanılması üçün İnperpola müraciət olunub.
Sfera.az-ın əldə etdiyi məlumata görə, Ə.Məmmədov Azərbaycanda fəaliyyət göstərən "Happy Qrup" turizm şirkətinin direktoru olub. İddialara görə, o müxtəlif şəxslərin etimadından sui-istifadə edərək 300 min manata yaxın pul mənimsəyib.
Şikayətçilərdən birinin APA-ya verdiyi məlumata görə, Ə.Məmmədov təkcə Azərbaycan deyil, Rusiya hüquq-mühafizə orqanları tərəfində də axtarılır. Onun Rusiya vətəndaşlarına qarşı da dələduzluq etdiyi bildirilir.