Duman gün ərzində davam edəcək - FAKTİKİ HAVA

Duman gün ərzində davam edəcək - FAKTİKİ HAVA
 Səhər saatlarından etibarən Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur.

Sfera.az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova "Report”a açıqlamasında bildirib ki, Bakıda və Abşeron yarımadasında hazırda cənub-qərb küləyi əsir:
 
"Küləyin arabir güclənməsi müşahidə olunur. Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Dumanın gün ərzində davam edəcəyi, günün ikinci yarısında zəifləyəcəyi gözlənilir".

Dumanın səbəbinə gəlincə mütəxəssis bildirib ki, bir neçə gündür dənizdən hərəkət edən cənub-şərq küləyinin üstünlüyü duman qatının əmələ gəlməsinə səbəb olub: "Hazırda havanın temperaturu 8 dərəcədir. Gün ərzində havanın temperaturunun 7-11 dərəcə arasında dəyişəcəyi proqnozlaşdırılır".

OXŞAR XƏBƏRLƏR