105 yaşında ölən yapon həkimdən 8 tövsiyə - -Uzunömürlü olmaq üçün

105 yaşında ölən yapon həkimdən 8 tövsiyə - -Uzunömürlü olmaq üçün
Həkim Shigeaki Hinohara karyerası boyunca heç dayanmadan işləyib və "uzunömürlü olmaq"la bağlı çox araşdırma aparıb.

Sfera.az kolgemedia.az-a istinadən bildirir ki, Dr.Shigeaki Hinohara 101 yaşında yazdığı kitabla nəinki yaponiyada, dünyada şöhrət qazanmış və kitabı ən çox satılanların siyahısına daxil olmağı bacarıb. 

Doktor Shigeaki Hinoharanın 12 tövsiyəsindən bəziləri bunlardır;

1- YAXŞI QİDALANIN

"Uzun yaşayan hər kəsin -nəsli, irqi və cinsi fərq etməz- ortaq bir xüsusiyyəti var: Heç biri artıq çəkili deyil. Mən qəhvəaltında qəhvə, bir stəkan süd və içində bir qaşıq zeytun yağı olan bir az meyvə suyu içirəm. Zeytun yağı həm damarlar üçün çox faydalıdır, həm də dərini canlandırır. Günorta yeməyində isə süd və bir neçə peçenye yeyirəm. İşləyəndə isə heç bir şey yemirəm. İşimə məşğul olduğum üçün heç aclıq hiss etmirəm. Axşam yeməyində tərəvəz, bir az balıq və plov yeyirəm. Həftədə iki dəfə də 100 qram yağsız ət".

2- QISA YOLU SEÇMƏYİN

"Sağlam qalmaq üçün hər zaman pilləkənləri seçin və öz əşyalarınızı özünüz daşıyın. Mən əzələlərimi məşq etdirmək üçün pillələri iki-iki çıxıram".

3- ÖZÜNÜZÜ İŞLƏDİN

"Hər zaman gələcək üçün planlar qurun. Mənim gündəliyim indidən 2014-ə qədər (5 il sonra) dərslərlə və adi xəstəxana işlərilə dolub".

4- PEŞƏ ƏXLAQINIZ OLSUN

"Təqaüdə çıxmağa əsla ehtiyac yoxdur. Amma təqaüdə çıxmağınız lazımdırsa, bu 65 yaşından sonra olmalıdır".

5- CƏMİYYƏTƏ TÖHFƏ VERMƏYƏ DAVAM EDİN

"Çox yaşamaq gözəl bir şeydir. 60 yaşınıza qədər ailəniz üçün çalışmaq və məqsədlərinizi həyata keçirmək asandır. Amma 60-dan sonra cəmiyyətə töhfə vermək üçün çalışmalıyıq. Mən 65 yaşımdan bəri könüllü olaraq işləyirəm".

6- SAHİB OLDUĞUNUZ MƏLUMATI YAYIN

"Bildiyiniz şeyləri bölüşün. Mən ildə 100 ibtidai məktəb uşağına və 4500 iş insanına bütövlükdə 150 dərs verirəm. Ümumiyyətlə, 60 ilə 90 dəqiqə boyunca ayaqüstə durub danışıram; güclü qalmaq üçün".

7- MATERİALİZMƏ MÜQAVİMƏT GÖSTƏRİN

"Maddi şeyləri dəlicəsinə yığmayın. Unutmayın: Növbənin nə vaxt sizə gələcəyini bilmirsiniz və maddi şeyləri yanınızda aparmayacaqsız".

8- İLHAM MƏNBƏLƏRİNİZ OLSUN

"Bir model tapın, ona görə inkişaf edin. Atam 1900-cü ildə Duke Universitetinə, ABŞ-a getdi. Özü qabaqcıl düşüncəli insan idi və mənim qəhrəmanım idi. Sonra başqa həyat rəhbərləri də tapdım və nə zaman sıxılsam, bu problemlə onlar necə başa çıxardı deyə özümə soruşdum".




OXŞAR XƏBƏRLƏR

Gəncədə yaşayış binasında partlayış: 2 ölü, 4 yaralı - VİDEO

Xəbər verildiyi kimi, Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar FHN-in Gəncə Regional Mərkəzi...

Süni intellektin böyük əksəriyyəti Aİ qanunvericilik səddini keçməyəcək

Bir çox aparıcı süni intellekt modelləri kibertəhlükəsizlik və ayrı-seçkiliyə yol verilməyən məlumatların çıxarılması ilə bağlı gələcək Avropa qanunvericiliyini...

Bu yollarda tıxac var - SİYAHI

Bakının bir sıra yollarında tıxac müşahidə edilir.   Sfera.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. &...

Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib.   ...

Yuxusuzluğun səbəbi bəlli oldu - Bu vitaminlərin çatışmazlığı...

Yuxusuzluğun ümumi səbəbi orqanizmdə vitamin və mineralların çatışmazlığıdır.   Sfera.az xəbər verir ki, bunu dietoloq Dmitri Semiryadov bildirib. O , ...

Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq?

Uğurlu nəticələr göstərən tələbələr universiteti bitirdikdən sonra hərbi xidmətlərini Milli Müdafiə Universitetində keçirəcəklər.   Yeni yaradılan ko...