ABŞ-a ekstradasiya olunmuş Levaşov məhkəmədə günahsız olduğunu bildirib

Dünya
11:35 / 03.02.2018
1134
RİA "Novosti" xəbər verir ki, ABŞ-a ekstradasiya olunan və 2016-cı il ABŞ-da prezident seçkiləri zamanı hakerlikdə və fəaliyyəti ilə 500-dən artıq şirkətə ziyan vurmaqda ittiham edilən rusiyalı Pyotr Levaşov məhkəmədə günahsızlığını bəyan edib. Bu barədə müttəhimin vəkili İqor Litvak bildirib.
"Bu gün axşam (dünən) Konnektikut şəhərində məhkəmədə ilk dinləmə olub. Pyotr Levaşov bildirib ki, o, 8 maddə üzrə ittiham olunsa da, özünü günahkar hesab etmir", - deyə İqor Litvak bildirib.
O, prokurorluğun heç bir sənəd və sübut təqdim etmədiyini də qeyd edib.
Xəbər verildiyi kimi, ABŞ prokurorları rusiyalı Levaşovun məhkəməyədək həbs olunmasınıi xahiş ediblər.
Yusif Məmmədli
sfera.az