Zaurdan qadağa: "Açıq-saçıq geyinəni efirə buraxmayacam"

Maqazin
18:22 / 02.02.2018
815
Aparıcı Zaur Kamal verilişinə qonaq gələn müğənnilərə qadağa qoyub.
Sfera.az məlumatına görə, aparıcı "5/5” verilişində deyib ki, qısa geyinən qonaqları efirinə buraxmayacaq: "Efirə yeni çıxanlar elə bilirlər ki, qısa, açıq-saçıq geyinərək qabağa gedəcəklər. Bu gündən qadağa etdim, bu cür müğənniləri efirə almayacam. İzləyicilər də narazıçılıq edir. Deyirlər ki, Zaur, sən köhnəfikirli insansan, nə əcəb belə şeyə yol verirsən? Bəzilərini şalla bağlayıram, bəzisi qəfildən gəlir. Bu vaxt elədir ki, ailə oturub evdə baxır. Təzə gələnlər, açıq-saçıqla sevilməyəcəksiniz. Bir də belə olsa, məndən inciməyin”.