Bakıda evdə kişi meyiti tapılıb

Bakıda evdə kişi meyiti tapılıb
Bakıda mənzildə meyit tapılıb. "Report"un xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı məlumat yayıb.Belə ki, nazirliyin "Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə" daxil olan məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda mənzildə 1953-cü il təvəllüdlü Əhmədov Elçin Hüseyn oğlu bağlı qapı arxasında qalıb.Hadisə yerinə cəlb edilən xilasedicilər mənzilin giriş qapısını açıb və adı çəkilən şəxsin cəsədini aşkar ediblər. E.Əhmədovun cəsədi aidiyyəti üzrə təhvil verilib.

OXŞAR XƏBƏRLƏR