Amerika hakimiyyəti Maradonaya viza verməkdən imtina edib

Dünya
09:48 / 02.02.2018
834
RT (Rusiya Televiziyası) xəbər verir ki, ABŞ hakimiyyəti əfsanəvi futbolçu Dieqo Maradonaya Donald Трампın ünvanına söylədiyi sözlərdən sonra viza verməkdən imtina edib.
Maradonanın vəkili Matias Моrlı bildirib ki, Argentina yığmasının sabiq oyunçusu keçmiş həyat yoldaşının mart ayında ABŞ-ın Mayami şəhərində keçiriləcək məhkəmə iclasına getmək istəyirmiş:
"Viza almağa yaxın olduqda Dieqoya xəbərdarlıq etdim: "Xahiş edirəm, ABŞ haqqında heç nə demə". Və Telesur kanalına müsahibəsində ondan Donald Tramp haqda nə düşünürsən? - deyə soruşdular. Maradona cavab verdi ki, "O çirоliтаdır".
Argentinada oyuncaq kuklasını "Çirоliта" adlandırırlar.
Onu da qeyd edək ki, Argentinada bu sözdən əhəmiyyətsiz əşya və ya cüzi əhəmiyyət kəsb edən şəxsləri təsvir etmək məqsədi ilə istifadə olunur.
Yusif Məmmədli
sfera.az