Səudiyyə Ərəbistanında qadınlara kafelərdə işləməyə icazə verildi
20:35 / 01.02.2018
1407
Səudiyyə Ərəbistanında qadınlara axşam saatlarında ailəvi restoranlarda, kafelərdə, həmçinin qadın paltarları mağazalarında işləməyə icazə verilib.
Bu barədə "Al-Manar” nəşri məlumat yayıb.
Belə bir bəyanatla ölkənin Əmək Nazirliyinin nümayəndəsi Əbdül Manam əş-Şəhri çıxış edib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında qadınlar əmək qabiliyyətli əhalinin 17%-ni təşkil edir.
oxu.az