Bakıda kişi keçmiş arvadını qanına qəltan etdi - VİDEO

Bakıda kişi keçmiş arvadını qanına qəltan etdi - VİDEO
 Yasamal rayonu ərazisində kişinin keçmiş həyat yoldaşına hücum etməsi Rayon Prokurorluğu tərəfindən adam öldürməyə cəhd kimi araşdırılır.
 
Cinayət hadisəsi yanvarın 31-də, 19:00 radələrində, H.B.Zərdabi küçəsində yerləşən 14/51 saylı yaşayış binasında baş verib.

Məlumata görə, 1979-cu il təvəllüdlü Bağırov Ramil Feyzulla oğlu bıçaqla silahlanaraq, keçmiş həyat yoldaşı, 1989-cu il təvəllüdlü Babazadə Şahnur Şahin qızına hücum edib. Bağırov qadının qarın və sinə nahiyəsinə çoxsaylı bıçaq xəsarətləri yetirib.

Zərərçəkən ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanaya çatdırılıb.

Bağırova gəlincə,o, cinayət əməlini törətdikdən dərhal sonra hadisə yerindən qaçıb və hazırda  Yasamal RPİ əməliyyatçıları şübhəlinin saxlanılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirir.

İlkin araşdırmaya görə, cütlük bir ay əvvəl Bağırovun psixi vəziyyəti ilə əlaqədar boşanıb. Şübhəlinin ruhi-əsəb pozuntularından əziyyət çəkdiyi bildirilir. Boşanan cütlüyün iki azyaşlı övladı var.

Psixoz səbəbilə Bağırov keçmiş həyat yoldaşını təqib edib və öldürmək məqsədilə ona hücum edib.

Faktla əlaqədar AR Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddələri üzrə cinayət işi açılıb.
 
///

Oxu.Az 
 


OXŞAR XƏBƏRLƏR