Ermənistanda sərxoş oğru cinayət yerində yatıb

Ermənistanda sərxoş oğru  cinayət yerində yatıb
RİA "Novosti" xəbər verir ki, Yerevanda restorandan spirtli içkilər oğurlayan yerli sakin saxlanılıb.
 
Müəyyən edilib ki, həmin şəxs restorandan 25 illik 5 şüşə konyak, araq və hər biri 3 litr olan 10 ədəd  kompot oğurlayıb.
 
Elə restoranın ərazisində içməyə başlayan oğru sonra yuxuya gedib. "Alkoqollu intoksikasiya" diaqnozu ilə xəstəxanaya çatdırılan oğru, bundan sonra polis şöbəsinə gətirilib.
 
Bir müddət əvvəl Danimarkada Dünyanın ən bahalı arağının oğurlanması barədə xəbər yayılmışdı.
 
Yusif Məmmədli
 
sfera.az

OXŞAR XƏBƏRLƏR