İtlərlə böyüyən qız tapıldı - Tükürpədici fotolar
Sfera.az-ın verdiyi xəbərə görə, Julia Fullerton Batten, yeni layihəsi çərçivəsində dünyanın dörd bir yanında araşdırma edərək heyvanlar tərəfindən böyüdülmüş uşaqların əhvalatlarını bir araya gətirdi. BBC-yə proyektini izah edən Batten, layihə çərçivəsində heyvanlarla böyümüş uşaqlarla əlaqədar gerçək hekayələri araşdırarkən fantastik fotoşəkillərlə onların həyatlarını yenidən canlandırdı. Oxana 1991 İtlərlə yaşayarkən tapıldı. 8 yaşındakı qızın 6 ildir itlərlə birlikdə yaşadığı aydın oldu. Oxananın ailəsinin içki alüdəçisi problemi olduğu və kiçik qızı evdən bayıra buraxdıqdan sonra maraqlanmayan ailəyə qızın itdiyini məlum olub . İtlər qıza sahib çıxaraq onu yetişdirib. Yalnız bəli və xeyr sözlərini söyləyən Oxana bir klinikada müalicə edilib. Shamdeo, Hindistan, 1972 Shamdeonun hekayəsi bir az daha fərqlidir. O yeməyk üçün heyvanlarla döyüşmək məcburiyyətində qalıb. Vəhşi mühitdə həyatda qalmağı bacarıb. İnsanlarla heç əlaqədə olmayıb. 1972-ci ildə Hindistanda bir meşədə tapılıb. 4 yaşında qurd balaları oynayırmış. Uzun caynaq kimi dırnaqları olan bu oğlan danışmağı öyrənə bilməyib. O, 1985-ci ildə dünyasını dəyişib. Marina Chapman, Kolumbiya, 1959 Bu layihəyə ruh verən adam Marina Chapman olub. 1954-cü ildə qaçırılıb. Qaçıranlar onu bir meşədə sərbəst buraxıb. Marina burada bir meymun ailəsi ilə birlikdə 5 il yaşadıqdan sonra ovçular tərəfindən tapılıb. John Ssebunya, Uqanda, 1991 John 1988-ci ildə 3 yaşındaykən evindən uzaqlaşıb. Bir daha onu kimsə görməyib. Meşədə meymunlarla yaşayan John, 1991-ci ildə tapılanda 6 yaşında olub. Madina, Rusiya, 2013 Madina doğumundan 3 yaşına qədər itlərlə yaşayıb. Yeməklərini itlərlə paylaşıb, onlarla oynayıb, yatıb. 2013 çılpaq və dörd ayaq üstündə gedərkən tapılıb. Sujit Kumar, Fici, 1978 Sujid tapıldığında 8 yaşında və bir toyuq kimi davranırmış. Sujitin ailəsi tərəfindən bir toyuq hinində toyuqlarla kilidləndiyi ortaya çıxıb. İvan Mishukov, Rusiya, 1998 İvan öz qərarı ilə evindən qaçıb. Meşəyə gedib. Evdə olmaq yerinə meşədə yaşamağı seçib. İtlərlə birlikdə yaşayıb.