Yanacaq doldurma məntəqəsində qaz partladı - Xəsarət alanlar var

Yanacaq doldurma məntəqəsində qaz partladı - Xəsarət alanlar var
 Dağıstanda yanacaqdoldurma məntəqəsində (YDM) qaz partlaması nəticəsində iki nəfər xəsarət alıb.

Sfera.az report-a istinadən xəbər verir ki, Bakı vaxtı ilə səhər saat 09:52-də Dağıstan Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinə Kakamaxi kəndindəki YDM-də operator otağında sonradan alışmayan qaz partlaması barədə informasiya daxil olub.

FHN nümayəndəsi partlayış nəticəsində heç bir dağıntının olmadığını, xəsarət alanların isə Levaşinski rayon xəstəxanasına aparıldığını bildirib.

OXŞAR XƏBƏRLƏR