NASA “Minilliyin qasırğası”nın görüntülərini yaydı – VİDEO/FOTOLAR
Amerika Milli Kosmik Agentliyi (NASA) Meksikanın qərb – Sakit okeanın şərq sahillərində baş verən “Minilliyin qasırğası”nın orbital şəkilləri və videosunu dərc edib. Qasırğanın şəkilləri Amerikanın “Aqua” peyki və GPM yapon aparatının köməyi ilə çəkilib. Video isə Beynəlxalq Kosmik Stansiyasının göyərtəsindən çəkilib. Qeyd edək ki, qasırğa 24 oktyabr tarixində baş verib. Təbii fəlakət nəticəsində 3500 yaşayış evi zədələnib. ABŞ Milli Qasırğa Mərkəzi (NHC) qasırğanı beşinci dərəcəli fırtına kimi dəyərləndirib. Bu ən yüksək təsnifat hesab olunur. Lakin qasırğa zəifləyərək ikinci kateqoriyalı tropik fırtınaya çevrilib. Qasırğa 2013-cü ildə Filippində 6300 nəfərin ölümünə səbəb olan Haiyan tayfunu ilə müqayisə edilir. Bu gün təbii hadisə Meksika körfəzinin mərkəzi hissəsinə yerini dəyişəcəyi gözlənilir. “Patricia”nın keçəcəyi üç rayonda fövqəladə vəziyyət elan edilib.
Sfera.az xəbər verir ki, NASA-nın saytında yerləşdirilən məlumatda “Patricia” qasırğasının ən güclü qasırğa olduğu bildirilir.