Qışda kapron corabla gəzən xanımlara xəbərdarlıq: Nəticələri ağır ola bilər! (3 foto)

Qışda kapron corabla gəzən xanımlara xəbərdarlıq: Nəticələri ağır ola bilər! (3 foto)
 

Qışın soyuqğuna baxmayaraq moda xatirinə hər zaman gözəl görünmək istəyən xanımlarımız çox zaman şaxtaya , qara baxmadan  açıq havaya uyğun olmayan geyimlərdə çıxırlar. Astanada yaşayan gənc qızın başına gələnlər  "Gözəllik qurban tələb edir” deyiminin  pis mənada nümunəsidir.

Qarlı havada universitetə kapron corab və mini yubkada gedən gənc qızın ayaqlarını  I və II dərəcəli donvurmaya məruz qalıb, tələbə qız universitet əvəzinə xəstəxanaya düşməli olub. Universitetdən məsələylə bağlı verilən açıqlamada deyilir ki, qızın ayağının donmasında universitetin günahı yoxdur, bütün günah  avtobuslardadır. Qız dayanacaqda uzun müddət gözləməli olub. Bir qədər məzəli faktdır deyilmi?

Amma işin ciddiyyətinə baxılarsa, donvurma və soyuq dəhşətli nəticələrə gətirib çıxara bilər. Soyuq nəticəsində qulaq dibində olan üz sinirlərinin iflic keçirməsi və üzün əyilməsi  halları son zamanlar dünyanın hər yerinəd, eləcə də Azərbaycanda geniş hal almağa başlayıb. Buna görə evdən çıxarkən soyuq havalarda qulaqları örtən papaq və şərflərlə "silahlanmaq” lazımdır.

//www.bizimyol.net/wp-content/uploads/2018/01/1-155-266x200.jpg 266w, //www.bizimyol.net/wp-content/uploads/2018/01/1-155-438x330.jpg 438w" sizes="(max-width: 740px) 100vw, 740px" style="padding: 0px; margin: 5px auto; outline: none; list-style: none; border-width: 0px; box-sizing: border-box; max-width: 100%; height: auto; vertical-align: middle; clear: both; display: block; opacity: 1; transition: all 0.4s ease-in-out;" />

Donma zamanı zədələnmiş nahiyədə aşağıdakı əlamətlər özünü büruzə verir.

  • hissiyyatın itməsi, dərinin həssaslığının kəskin azalması;
  • zədələnmiş nahiyənin quruması, keyləşməsi, donmuş sahənin bərk və ya yumşaq olması;
  • şişkinliyin olması;
  • isitdikdən sonra suluqların əmələ gəlməsi;
  • dərinin muma bənzər olması;
  • dərinin soyuması (burun, qulaq, üz, barmaqlar, əl və ayaq və s.);
  • donmuş sahəni əllədikdə bütün qatların donması fikrinin yaranması;
  • dəri rənginin dəyişməsi (qızarması, saralması, avazıması, göyərməsi), bəzi hallarda donmuş sahənin ağ rəngdə və ya göy ləkəli olması;
  • iynə batma hissi, barmaqlarda gizildəmə, hərəkətlərin çətinləşməsi;
  • don vuran yerin qızdırılma zamanı ağrı verməsi;
  • don vuran yerdə yanğı hissi, uzun sürən ağrının olması.

Qışda kapron corabla gəzən xanımlara xəbərdarlıq: Nəticələri ağır ola bilər!//www.bizimyol.net/wp-content/uploads/2018/01/2-152-267x200.jpg 267w, //www.bizimyol.net/wp-content/uploads/2018/01/2-152-440x330.jpg 440w" sizes="(max-width: 740px) 100vw, 740px" style="padding: 0px; margin: 5px auto; outline: none; list-style: none; border-width: 0px; box-sizing: border-box; max-width: 100%; height: auto; vertical-align: middle; clear: both; display: block; opacity: 1; transition: all 0.4s ease-in-out;" />

Donma zamanı evdə ilk yardım

  • Donmuş ətrafı əvvəl quru əsgi ilə qurudun.
  • Don vurmuş hissənin donunun açılması üçün başqa imkan yoxdursa və görülən tədbirlər nəticəsində donmuş nahiyə normal rəng almırsa, zədələnmiş yeri ehmalca temperaturu 20 C olan suya salın. Təxminən 10 dəqiqə müddətində suyun temperaturunu 38-40C-ə qədər qaldırın. Çalışın suyun istiliyi 41C artıq olmasın və bu temperaturda qalsın. Zədələnmiş yer dəri yumşaq, elastik, çəhrayı rəngdə olana və əl vurduqda istilik hiss edilənə qədər isti suda saxlanılmalıdır. Əgər diskomfort hissi yaranırsa, deməli, su həddindən artıq istidir. Donmuş yeri isidəndə orada şiddətli ağrılar ola bilər. Toxumaların sonrakı zədələnməsinin qarşısını almaq üçün zədələnən nahiyəni suya qoyarkən qabın dibinə və ya divarlarına dəyməsinə imkan verməyin.
  • Əgər isti su yoxdursa donmuş ətrafları bədənin isti yerlərinə yaxın saxlayın (budların arasına və s). Üz kimi açıq nahiyələrə təzyiq göstərmədən əlinizi və ya əlcəyinizi qoyub isidin. Əlləri qoltuq altında və ya sinədə qızdıqmaq olar.
  • Zədələnmiş nahiyəyə steril quru sarğı qoyun. Sarğı tarım olmamalıdır.
  • Əl və ya ayaq barmaqları donmuşsa onların arasına pambıq və ya tənzif qoyun.
  • Ayaqların donu açıldıqdan sonra zərərçəkənə gəzməyə icazə verməyin.
  • Huşu aydın olan zərərçəkənə isti çay, isti yemək verin.
  • Təkrar donmaya heç vaxt yol verməyin.
  • Suluqları deşməyin.
  • Zədələnmiş nahiyəni sürtməyin və ona təzyiq göstərməyin. Zədələnmiş nahiyəni heç vaxt əllə ovuşdurmayın. Dəri daxilində iti su kristalları olduğu üçün dərində yerləşən toxumalar zədələnir.
  • Zədələnmiş nahiyəni qarla sürtməyin. Bu, dərinin daha da soyumasına, dəridə sızıqların əmələ gəlməsinə və onların infeksiyalaşmasına səbəb olur və dərində yerləşən toxumaları zədələyir.
  • Bədənin donmuş hissəsini birdən-birə və birbaşa isitmədən çəkinin (açıq alov, isti butulka, isidilmiş kərpic).
  • Dərin donma zamanı donmuş ətrafı hərəkətsizləşdirin.
  • Zərərçəkəni mümkün qədər tez xəstəxanaya çatdırın.

Bizim Yol


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...