“Valyuta ehtiyatlarımız 23 dəfə artıb” - İlham Əliyev

“Valyuta ehtiyatlarımız 23 dəfə artıb” - İlham Əliyev
 Bu gün Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda prezident İlham Əliyev çıxış edib. 

Sfera.az məlumatına görə, 2003-cü ildən Azərbaycanın böyük uğurlara imza atdığını, ölkəmizdə hərtərəfli inkişafın təmin olunduğunu vurğulayan dövlət başçısı bildirib ki, ölkədə aparılan islahatlar dünya birliyi tərəfindən də yüksək qiymətləndirilir. Azərbaycanda sabitliyin təmin edildiyini, bunun mənbəyində isə xalqın iradəsinin, xalq-iqtidar birliyinin durduğunu deyən prezident ölkəmizin təhlükəsizlik, əmin-amanlıq şəraitində uğurla inkişaf etdiyini deyib. Xalqın həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışan dövlət başçısı əsas məqsədin dövlətin qüdrətini artırmaqdan və müstəqilliyimizi möhkəmləndirməkdən ibarət olduğunu vurğulayıb: 

"Son 14 ildə ölkədə 30 elektrik stansiyası tikilib. Azərbaycan elektrik enerjisini ixrac edən ölkəyə çevrilib. Ölkə üzrə qazlaşdırma 93 faizə çatıb. İçməli su və kanalizasiya problemləri uğurla həll olunub. Kənd təsərrüfatının inkişafı üçün 4 su anbarı tikilib, 12 min 300 kilometr yol çəkilib və bu il bu rəqəm 15 min kilometrə çatdırılacaq. Bundan əlavə ölkədə 7 aeroport, Ələt dəniz ticarət limanı, gəmiqayırma zavodu inşa olunub. Son 14 ildə iqtisadiyyatımız 3,2 dəfə artıb. Qeyri-neft iqtisadiyyatı, sənaye, kənd təsərrüfatı sahələrində də ciddi artım əldə olunub. Valyuta ehtiyatlarımız 23 dəfə artaraq 42 milyard dollara çatıb. Son 14 ildə ölkə iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulub. 

Bu dövr ərzində maaş və pensiyalar dəfələrlə artırılıb. Minlərlə məktəb, yüzlərlə tibb müəssisəsi inşa olunub". 

Dövlət başçısı yekun nitqində yeni avtomobil yollarının çəkiləcəyini, 6 rayon mərkəzi xəstəxanasının, 130 məktəbin, xalça fabriklərinin, yeni sənaye müəssisələrinin fəaliyyətə başlayacağını diqqətə çatdırıb. 

OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...