“Brilyant oğlan” son saniyədə qızıl medalı əldən verdi – FOTO + VİDEO

“Brilyant oğlan” son saniyədə qızıl medalı əldən verdi – FOTO + VİDEO
 Karate üzrə milli komandamızın lideri Rafael Ağayev (-75 kq) Fransanın paytaxtı Parisdə keçirilmiş Premyer liqa turnirində II yeri tutub. 

Oxu.Az xəbər verir ki, dünya şöhrətli karateçimiz yaponiyalı idmançı Ken Nishimura ilə həlledici görüşün son saniyəsində məğlub olub – 1:2. Xatırladaq ki, beşqat dünya çempionumuz iki il əvvəl Almaniyanın Hamburq şəhərində keçirilmiş Premyer Liqa yarışında da bu rəqibinə uduzmuşdu (0:5).

Onu da bildirək ki, "Brilyant oğlan” bu turnirdə sol ayağında zədəsi ola-ola yarışıb.

 


Yeni qaydalara əsasən, medal yalnız yarışın qaliblərinə təqdim olunub. Görüşlərini qələbə ilə başa vuran idmançılarımız dünya reytinq cədvəlində xallarını artırıblar.

Qeyd edək ki, "kiçik dünya çempionatı” adlandırılan Paris Premyer Liqasında 81 ökədən 756 idmançı mübaizə aparıb. Üç gün ərzində keçirilmiş yarışda  Azərbaycandan 15 karateçi mübarizə aparsa da, heç biri qızıl medal qazana bilməyib.

Dünya Karate Federasiyasının (WKF) 2018-ci ildə yeddi yarışlıq nüfuzlu Premyer Liqa seriyasından növbəti turnir 16-18 fevral tarixlərində, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək. Sabah Bakıya dönəcək Azərbaycan karateçiləri yarşa hazırlıqlarını davam etdirəcəklər.


OXŞAR XƏBƏRLƏR