Bayıl yamacında seysmoloji tədqiqatların nəticəsi nə vaxt açıqlanacaq?

Bayıl yamacında seysmoloji tədqiqatların nəticəsi nə vaxt açıqlanacaq?
 Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) Bayıl yamacı boyunca monitorinqləri davam etdirir.

Sfera.az Trend-ə istinadən xəbər verir ki, RSXM əməkdaşları hazırda ərazidə işləyirlər.

Ərazidə aparılan son təhlillərlə bağlı bildirilib ki, bir həftədən bəri aparılan tədqiqatların nəticəsi təhlil edildikdən sonra Mərkəzin ilkin rəyi açıqlanacaq.
Qeyd edək ki, "Televiziya" qülləsi kompleksinin yaxınlığında, Bayıl yamacında torpaq sürüşməsi müşahidə olunan ərazidə bir neçə gündür aparılan monitorinqə RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli rəhbərlik edir. RSXM-nin əməkdaşları tərəfindən ərazidə kompleks tədqiqatlar aparmaq üçün seysmik, geofiziki cihaz və avadanlıqlar quraşdırılıb.

Daha öncə RSXM-dən daha öncə o da qeyd edilib ki, tədqiqatlar ərazidə gedən sürüşmə prosesi dayanana qədər davam etdiriləcək. Aparılan tədqiqatların nəticəsi təhlil edildikdən sonra sürüşmənin baş vermə səbəblərinə dair hesabat hazırlanaraq rəsmi dövlət qurumlarına təqdim ediləcək.

OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...