Unibank öz korporativ saytını yenilədi

Unibank öz korporativ saytını yenilədi
 Unibank öz korporativ saytını yenilədi

Unibank yenilənmiş korporativ saytını (www.unibank.az) istifadəyə verib. Yenilənmiş sayt müasir və cəlbedici dizayna malik olmaqla, istifadəsi rahat, müştəriyönümlüdür. Sayt "Kartlar", "Kreditlər", "Əmanətlər", "Köçürmələr", "Rəqəmsal bankçılıq" və "Əlavə xidmətlər" kimi əsas bölmələrə ayrılmaqla, müştərilər üçün bank məhsul və xidmətlərini asan və sadə formada təqdim edir. Saytdan bank haqqında lazımı məlumatları, təşkilati strukturu, rəhbərlik, missiyası, maliyyə göstəriciləri, məhsulları və onların şərtləri, kampaniyalar, xəbərləri rahatlıqla tapmaq mümkündür. Yenilənmiş sayt dünya və korporativ standartlara cavab verməklə, müştərilərə bankın məhsul və xidmətləri haqda müfəssəl məlumatlar təqdim edir. Yeni saytın üstünlüklərindən biri də istifadəçiyə axtardığı məlumatları qısa müddətdə tapmaq, seçim etmək imkanı verməsidir. Kredit və depozit bölümlərində yerləşdirilən kalkulyatorlar, müştəriyə əldə edəcəyi faiz gəlirləri və bank tərəfindən ayrıla biləcək kreditin məbləğini əvvəlcədən müəyyənləşdirmək və seçim imkanı yaradır. Gündəlik yenilənən valyuta məzənnələri və konvertordan istifadə bölümü daha da genişləndirilib.

Unibank-ın "Digital Marketinq" şöbəsinin müdiri Elmar Səfiyev bildirib ki, yenilənmiş sayt müasir təhlükəsizlik standartlarına cavab verir: "Son dərəcə funksional və sürətlidir. Dizayn forması veb və mobil versiyalar üçün adaptasiya olduğundan bütün ekran ölçülü telefon, planşet və kompüterlərə uyğun gəlir. Bir sözlə, yeni sayt müştərilərin gözləntiləri və tələbləri düşünülərək hazırlanıb".

Sayt fərdi və biznes bölümlərinə ayrılmaqla, həm fiziki şəxslərə, həm də korporativ müştərilərə məlumatları sadə və aydın şəkildə, brendin rənglərinə uyğun görüntülərlə çatdırır.

Yenilənmiş saytın "Rəqəmsal bankçılıq" bölümü xüsusilə diqqət çəkir. Unibank-ın mobil bank əlavələri, onlayn xidmətləri haqda məlumatlar və istifadə qaydaları anlayışlı dildə sayt istifadəçilərinə çatdırılır.

 

Yeni saytın əsas üstünlüklərindən biri mükəmməl mobil versiyasının olmasıdır. Hər kəs öz mobil telefonundan rahat interfeysə malik unibank.az saytına daxil olaraq, lazımı məlumatları ala biləcək.

Müştərilər saytın "Onlayn məsləhətçi" bölümünə daxil olmaqla, bankın xidmət və məhsulları ilə bağlı suallara operativ cavab ala bilərlər.

Sayt istifadəçiləri bankın məhsul və xidmətləri haqqında məlumatlarla 3 dildə- Azərbaycan, rus və ingilis dillərində tanış ola bilərlər.

Unibank - hər kəsin bankı!


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...